Yevlaxda "VAZ-2101" "Qazel"lə toqquşdu - Üç azyaşlı yaralandı

Yevlaxda "VAZ-2101" "Qazel"lə toqquşdu - Üç azyaşlı yaralandı

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə qeydə alınıb. Belə ki,  "VAZ-2101" markalı avtomobil "Qazel"lə toqquşub. 

Qəza nəticəsində  "VAZ 2101" avtomobilində olanlar ağır vəziyyətdə yaralanıblar.  Aralarında durumu ciddi olan  ailənin 3 azyaşlı övladı da var. 2018-ci il təvəllüdlü Samirə Rasim qızı Rəsulova, 2017-ci il təvəllüdlü bacısı Rasiyə Rəsulova ağır durumda xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların 2019-cu il təvəllüdlü qardaşı Ceyhun Rəsulova isə zəruri tibbi yardım göstərildikdən sonra durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.