Qusarın icra başçısı vəzifəsindən azad edilib
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ş.Alxasov 2007-ci il dekabrın 18-dən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.