Yalnız bundan sonra Suriyadan ordumuzu çıxararıq - Gülər

Yalnız bundan sonra Suriyadan ordumuzu çıxararıq - Gülər

Suriyadakı əməliyyata hazırlıq yoxdur. Çünki Türkiyə Silahlı Qüvvələri onsuz da hər zaman bölgədə əməliyyatlar aparır. Bizim 20-dən çox komando briqadamız mövcuddur. Terrorçulardan təmizlədikləri yerlərdə qalırlar.

Bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər Suriya və İraqda keçirilməsi nəzərdə tutulan antiterror əməliyyatları barədə danışarkən deyib.

Nazir eyni zamanda bildirib ki, Suriyada vəziyyətin normallaşmasına dəstək verməyə hazırdırlar:

“Onları İŞİD-dən xilas edən bizik. Sərhədlərimizin təhlükəsizliyi tam təmin edildikdən sonra, lazım gələrsə, geri çəkilməyi düşünə bilərik”.