Dünyasını dəyişən xalq artistimizin son görüntüsü - FOTO

Xalq artisti Gülyaz Məmmədova ötən gün dünyasını dəyişən qarmon ifaçısı Kamil Vəzirovun son görüntülərini paylaşıb.

Big.az xəbər verir ki, müğənni xalq artisti ilə ölümündən iki gün əvvəl bir araya gəldiyini söyləyib. O, fotonu sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"Kamil müəllimlə bizim son görüşümüz imiş. Xəstəxanada mənə dedi ki, qızım gəl şəklimizi çəksinlər, ustadından sənə yadigar qalsın. Həyatda hər şey ola bilər... Hər gün deyirdi, çox yaxşıyam. Eşitdiyim xəbər isə bizi çox sarsıtdı. Bizdən sənətdə atalığını, qardaşlığını əskik etmədi. Kamil müəllim, ruhun şad olsun".
Dünyasını dəyişən xalq artistimizin son görüntüsü - FOTO