Bakının hansı küçələrində sıxlıq var?

Bakının hansı küçələrində sıxlıq var?

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

8. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;

9. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun "Koroğlu" stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.