Rusiya Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) (Organisation for the Prohibition of Chemical Weapons – OPCW) İcra Şurasından kənarlaşdırılıb.
Azbaku.org xəbər verir ki, bu barədə Təşkilat “X” platformasında məlumat yayıb.
Qeyd olunub ki, keçirilən səsvermə nəticəsində İcra Şurasında yer alan ölkələr sırasında Ukrayna, Polşa, Litva, Belçika, Yeni Zelandiya, Yunanıstan, Danimarka, İspaniya və Afrika, Asiya və Latın Amerikasının bir sıra digər ölkələr var.
Səsvermədə Şuradakı dəyişikliklərin lehinə 98 ölkə, 8 ölkə əleyhinə səs verib, 21 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, KSQT İcraiyyə Şurası 41 üzv dövlətdən ibarətdir və onlar növbə ilə 2 il müddətinə seçilir.
Şura Texniki Katibliyin fəaliyyətinə nəzarət edir. Konvensiyanın effektiv həyata keçirilməsinə və riayət olunmasına kömək etmək üçün məsuliyyət daşıyır.