“Mercedes”in “qluşitel”indən köpük axdı - VİDEO

Bəzi ustalar səsboğucunu bu qaydada təmizləyir

Sosial şəbəkələrdə avtomobil həvəskarlarının marağına səbəb olan video yayılıb. Avtosfer.az xəbər verir ki, videoda “Mercedes” markalı, 23 EE 063 dövlət nömrə nişanlı avtomobilin avtoyuma məntəqəsində olduğu və səsboğucundan köpük töküldüyü əksini tapıb. Avtomobil ustaları düşünür ki, bəzi ustalar səsboğucunu təmizləmək üçün bu cür vasitəyə əl atırlar. Lakin bunun ziyanlı tərəfləri də var.

Həmin görüntüləri təqdim edirik: