Azərbaycan şahmatçısı ABŞ-dəki turnirin qalibi olub
Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-də keçirilən "Las Vegas International" turnirinin qalibi olub.
32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib.
V.Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.
O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb: "Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".