Dayanma və durma ilə bağlı yeni qayda müəyyənləşir
Azərbaycanda dayanma və durma ilə bağlı yeni qayda müəyyən edilir.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır.
Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına icazə verilmir. Eyni zamanda taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində dayanmasına yol verilmir.