Ukrayna barədə məlumat toplayan FTX-çi işdən çıxarıldı

Ukrayna barədə məlumat toplayan FTX-çi işdən çıxarıldı

Rusiya Federasiyası gözlənilmədən Ukrayna ilə bağlı məlumatların toplanmasına cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin 5-ci xidmətinin rəhbərini dəyişib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Sergey Besedanın mövqeyini Aleksey Komkov tutub.

Bundan əvvəl o, əks-kəşfiyyat xidmətinin rəis müavini işləyib.

Besedanın FTX direktoru Aleksandr Bortnikovun müşaviri təyin edildiyi bildirilir.