Şəmkirdə iki bacı itkin düşdü

Şəmkir rayonunda azyaşlı bacılar itkin düşüb.

AzBaku.info Report-a istinadən xəbərinə görə, 2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və onun bacısı, 2015-ci il təvəllüdlü Aişə Məmmədova evdən oynamaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.