İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir: "Sertifikasiya imtahanlarından fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər hansı qərarların verilməsinə şərait yaradacaq. Eləcə də hansı tərbiyəçi müəllimlərin təlimə ehtiyac olduğunu başa düşəcəyik, həmçinin onların peşəkar inkişaf proqramlarını hazırlamaq məqsədimiz var".