“Gürcüstanın Aİ-yə qoşulması prosesi dayandırılıb”
“Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb”.
Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskiy deyib.
Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİ liderləri üçün aydın deyil: ““Xarici təsirin şəffaflığı haqqında” qanun 9 bənd üzrə nailiyyətləri geri atır. Bununla yanaşı, Qərb, Avropa əleyhinə ritorika Avropa İttifaqına vəyan edilən üzvlük məqsədi ilə tamamilə uyğun gəlmir”.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.