Trampa qarşı sui-qəsdi Bayden sifariş edib - Konqresmenlərdən İDDİA
Səkkiz respublikaçı konqresmen ABŞ prezidenti Co Baydenin Donald Trampa qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıdığını iddia edib.
Nümayəndələr Palatasının üzvü, respublikaçı Maykl Kollinzin sözlərinə görə, Bayden Trampı öldürmək sifarişi verib.
Sosial şəbəkələrdə sensasiyalı açıqlamaları ilə tanınan konqresmen Kollinz deyib ki, prokuror dərhal Co Baydeni qətlə təhrikdə ittiham etməlidir.