İnstitut: 2024-cü ildə Almaniyada iqtisadi durğunluq davam edəcək


Almaniya iqtisadiyyatının dirçəlməsi gözləniləndən daha çox vaxt aparacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın DIW İqtisadi İnstitutunun proqnozunda bildirilir.
İnstitutun proqnozuna görə, 2023-cü ilin dördüncü rübündəki 0,3 %-lik geriləmədən sonra 2024-cü ilin ilk rübündə 0,1 % artım gözlənilir. 2024-cü ilin ikinci rübü ilə bağlı 0,6 %-lik artım proqnozunu dəyişən İnstitutun ehtimalına görə, yaxın 3 ayda cüzi iqtisadi artım olacaq. Bununla belə, cari ildə Almaniya iqtisadiyyatında durğunluq davam edəcək. 2025-ci ildə isə 1,2 %-lik artım gözlənilir.
Qeyd edək ki, ötən gün “İfo” və “Kiel” elmi-tədqiqat institutları da Almaniyada iqtisadi artımla bağlı proqnozlarını aşağı salıb.