Naxçıvana maliyyə naziri təyin edildi
Naxçıvan Muxtar Respublikasına maliyyə naziri təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.
Qeyd edək ki, H.İsmayılov bu təyinatadək Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini vəzifəsində çalışıb.