Ağadadaş Ağayevlə mühafizəçiyə cinayət işi açıldı
Xalq artisti Ağadadaş Ağayevin iştirak etdiyi dava ilə bağlı cinayət işi açılıb.
Bu barədə DİN məlumat yayıb.
Məlumata görə, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, onların barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.
Qeyd edək ki, Ağadadaş Ağayevlə əlbəyaxa olan şəxsin “Medera” hospitalın mühafizəçisi olduğu bildirilir.