Sabah Türkiyə-Ermənistan sərhədində görüş olacaq - KİV

Sabah Türkiyə-Ermənistan sərhədində görüş olacaq - KİV

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-u Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.

Bu barədə türkiyəli teleaparıcı Sena Alkan  X sosial şəbəkəsindəki hesabında bildirib.

O, görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını qeyd edib.

Hazırda İrəvan və Ankara bu məlumatı rəsmən təsdiqləməyib.(Aysor.am)