Bayden Konqres liderlərini Ağ Evə çağırıb - Ukraynaya görə...
ABŞ prezidenti Co Bayden Konqres liderlərini Ukrayna haqqında danışmaq üçün Ağ Evə çağırıb.
Məlumata görə, Bayden Ağ Evdə 4 konqres liderini toplayaraq qanunvericiləri Ukrayna və İsrailə təcili yardım paketini qəbul etmələri üçün yola gətirəcək.
Dördlüyə Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senat çoxluğunun lideri Çak Şumer, Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefris və Senatda azlıqların lideri Mitç Makkonnell qərarlaşıb.