Ərdoğandan Haniyənin qətlə yetirilməsinə - Reaksiya
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı Tehranda edilmiş xain sui-qəsdi şiddətlə qınayır və lənətləyirəm”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında bildirib.
“İsmayıl Haniyəyə Allahdan rəhmət, ailəsinə səbr diləyirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, İ.Haniyənin dəfn mərasimi avqustun 1-i baş tutacaq.