“Qarabağ” “Ludoqorets”ə uduzarsa, bu cütün qalibi ilə qarşılaşacaq - Yenilənib

“Qarabağ” “Ludoqorets”ə uduzarsa, bu cütün qalibi ilə qarşılaşacaq - Yenilənib

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Çempionlar Liqasının III təsnifat mərhələsində yer alan Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi də bəlli olub.

“Qarabağ” “Ludoqorets”lə (Bolqarıstan) oyundan məğlub ayrılarsa, “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.