Türkiyədə narkotiklə mübarizə tədbirləri çərçivəsində 4,5 ton narkotik vasitə ələ keçirilib.
AzBaku.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabından paylaşım edib.
O bildirib ki, 15 vilayətdə həyata keçirilən narkotik əməliyyatları çərçivəsində 199 şübhəli saxlanılıb, 58 kiloqramı kokain olmaqla 4,5 ton narkotik vasitə və 64 min 800 narkotik həb ələ keçirilib.