Tatlısəs yeni albom buraxacaq

Türkiyənin tanınmış müğənnisi, İbrahim Tatlısəs 2019-cu ildə yeni albom buraxacaq.

İ.Tatlısəs Allahın onu mağaradan çıxararaq saraylara yerləşdirdiyini deyib: “Allah mənə hər şey verdi - villalar, şan-söhrət. Bundan sonra da yoluma davam edəcəyəm”.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qalmışdı. Müğənni həyatına sui-qəsd zamanı başından ağır güllə yarası almış, assistenti isə çiynindən vurulmuşdu.

2013-cü ilin mart ayında müğənniyə qarşı sui-qəsdin sifarişçisi Abdullah Uçmaka 35 il 6 ay həbs cəzası verilib. Müğənnini güllələyən Ersin Altun isə 28 il azadlıqdan məhrum edilib.

(oxu.az)