Neçə nəfərin deputatlığa namizədliyi qeydə alınıb?
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.