Ukrayna Krımın demilitarizasiyası olmadan heç vaxt təhlükəsiz olmayacaq.
Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevin Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir.
Xanım Nuland deyib ki, Krımda Rusiyanın mühüm logistik məntəqələrə çevirdiyi nəhəng hərbi obyektlər var. "Bunlar qanuni hədəflərdir, Ukrayna onları vurur və biz bunu dəstəkləyirik", - deyə ABŞ rəsmisi qeyd edib.
Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibi İqor Girenko Nulandın bəyanatını tənqid edib. O bildirib ki, Nulandın bəyanatları Vaşinqtonun hərbi münaqişədə iştirak etdiyini göstərir.