İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola salıblar.