Meşvildişvilinin rəqibi müəyyənləşdi

Meşvildişvilinin rəqibi müəyyənləşdi

Azərbaycan güləşçisi Giorgi Meşvildişvilinin (125 kq) Paris-2024-də bürünc medal uğrunda görüşdə rəqibi müəyyənləşib.

O, Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək.

Baran Avropa çempionatlarında 2 gümüş, 2 bürünc medal qazanıb.

Qeyd edək ki, saat 20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Giorginin də çəkisində medalllar uğrunda yarışlar başlayacaq.