Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb

Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb.

Hadisə Akçadağ rayonunda baş verib.

Onlardan üçünün durumunun ağır olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi məlum deyil.