Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova ağır itki üz verib.
AzBaku.info ucnoqta.az-a istinadən xəbər verir ki, Bəylər Eyyubovun qardaşı qızı Təranə Eyyubova dünən Türkiyənin paytaxtı Ankarada əməliyyat zamanı vəfat edib. Mərhumun cənazəsi artıq Bakıya gətirilib.
Allah rəhmət eləsin !!!
Qeyd edək ki, vəfat edən Təranə Eyyubova Bəylər Eyyubovun qardaşı Eyyub Eyyubovun qızıdır.