Ağdaşda ağır yol qəzası: 2 ölü, 2 yaralı

Faktla bağlı araşdırma aparılır
Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib. AzBaku.info APA-ya istinadən xəbərinə görə, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində baş verən qəza nəticəsində iki nəfərin öldüyü, iki nəfər ağır xəsarət aldığı bildirilir. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir. Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır