Putin Bakıya gəlir

Putin Bakıya gəlir

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Bakıya səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.