r

Azərbaycanın baş məşqçiləri dünyanın ən yaxşıları sırasında – SİYAHI

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb.

AzBaku.info xəbər verir ki, dünyanın ən yaxşı baş məşqçisi, keçmiş futbol ulduzu, “Real” klubunun çalışdırıcısı Zinəddin Zidan oldu. O, 17696 xalla liderlik edir.

“Qremio”nu çalışdıran Renato Qauşo 13274 xalla ikincidi, üçüncü yeri isə 12795 xalla “Atletiko” Madridə rəhbərlik edən Dieqo Simeone qapayır.

Qeyd edək ki, 2017-ci ilin son cədvəlində Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 482-ci məşqçisidi.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 949-cu pillədədi. Onun aktivində 255 xal var.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı siyahıya düşüb. 217 xala malik gənc mütəxəssis dünyanın 999-cusudu.
(oxu.az)