Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb? - Açıqlama
Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair yayılmış iddialara aydınlıq gətirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O, iddiaları əsassız adlandırıb: “Müsabiqə müddətində heç bir dini və ya cinsi ayrıseçkilik edilmir. Bu cür iddialar bütün MİQ üzrə müsahibələrdən sonra olur. Narazılıqlar həmişə var və olacaq. Biz dini, cinsi ayrıseçkiliyə qarşıyıq”.