Durovun keçmiş həyat yoldaşı onu məhkəməyə verib
Fransada saxlanılan teleqramın baş direktoru Pavel Durovun keçmiş həyat yoldaşı İrina Bolqar İsveçrədə ona qarşı cinayət işi qaldırıb.
Belə ki, 2023-cü ilin martında açılan iddiada Bolqar Durovun oğullarından birinə fiziki təzyiq göstərdiyini iddia edir.
Bundan əlavə, İrina Bolqar övladlarının qəyyumluğu üçün mülki iddia qaldırıb. Hər iki iddia o, milyarderin uşaq dəstəyini ödəməyi dayandırdığını dedikdən aylar sonra açılıb.
Bolqarın sözlərinə görə, Durov 2022-ci ilin sentyabrından uşaqları ilə görüşməyib və təxminən eyni vaxtda ona ayda 150 min avro məbləğində aliment ödəməyi dayandırıb.
Xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.(Forbes)