Stoltenberqin müavini istefa verəcək
NATO Baş katibinin müavini Mirça Coane istefa verəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Baş katib Yens Stoltenberqə sentyabrın 10-da vəzifəsini tərk edəcəyi barədə məlumat verib.
Stoltenberq mətbuata açıqlamasında “Coane əsl transatlantikdir və onun tərəfdaşlarla işləməsi NATO-ya çoxlu faydalar gətirib”, - deyib.
Coane isə feysbuk hesabında “NATO-nun rəhbərliyində olmaq mənim həyatımın şərəfi olub”, - yazıb.
Qeyd edək ki, Coane 2019-cu ilin oktyabr ayından NATO Baş katibinin müavini vəzifəsində çalışır.