Suriya ərazisindən buraxılan iki raket Türkiyənin cənubunda Yayladağı şəhərinin ətrafında partlayıb.
Bu barədə DHA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd olunur ki, Türkiyə ordusu mərmilərin buraxıldığı əraziyə cavab zərbəsi endirib.
(oxu.az)