6 saat internet olmayacaq

6 saat internet olmayacaq

 
Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir bərpa işləri həyata keçiriləcək.

Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin verilişi tam bərpa ediləcək.