Dekabrın 23-də itkin düşən “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun bacıları Xınalığa gediblər.
AzBaku.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Baburun bacısı Tağıyeva Nənəbacı aidiyyatı qurumlardan vaxt darlığı və şaxtalara görə xilasetmə əməliyyatlarına canlı qüvvə ilə yanaşı, texnikanın da cəlb edilməsini xahiş edib:
“Ümidim Baburun şad sədasını eşitməkdir. Qardaşıma dəstək üçün Xınalığa gəlmişik, onun axtarışına köməklik istəyirik”.