Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Afət Əkbərova gətirilib və aprelin 30-dan işinin icrasına başlayıb.
Ona eyni zamanda institutda baş həkim əvəzi vəzifəsi də həvalə olunub.
Qeyd edək ki, A.Əkbərova Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 ilə yaxındır həkim-infeksionist kimi fəaliyyət göstərib.