İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
1962-ci il təvəllüdlü Ramiz Quliyev dələduzluqda təqsirləndirilir.
R.Quliyev barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başlayıb. Lakin R.Quliyev istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.
İnterpol həmin qərarla R.Quliyev barəsində axtarış elan edib.
(oxu.az)