Şahin Bağırovun HESABAT PROBLEMİ... - NƏ BAŞ VERİR?


Şahin Bağırovun HESABAT PROBLEMİ... - NƏ BAŞ VERİR?


Bildiyimiz kimi, Dövlət Gömrük Komitəsi hər ay xarici ticarətin vəziyyəti barədə aylıq arayışlar - hesabatlar açıqlayır.
Hər ay mütəmadi olaraq açıqlanan hesabatlar ayın 2-ci ongünlüyündə ictimayiyyətə təqdim olunub.
Gömrük Komitəsi ötən ay xarici ticarətin vəziyyəti barədə hesabatı 16 dekabr tarixində açıqlayıb.
Əvvəlki aylarda da hesabatlar ayın 20-dən əvvəl təqdim olunub.
Lakin, maraqlıdır ki, ötən ayın – 2022-ci ilin dekabr ayı ilə bağlı hesabatlar bu günə kimi Komitə tərəfindən açıqlanmayıb.
Onu da qeyd edək ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2 may 2012-ci il tarixli 92 saylı Qərarının 4.2-ci maddəsində göstərilir ki, aylıq məlumatlar növbəti ayın 15-dək Komitənin rəsmi internet saytında yerləşdirilir və Komitənin mətbu orqanında dərc edilir. //Yeniavaz.com//