Neftimizin qiyməti 75 dolları ötdü
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,69 % artaraq 75,26 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün Azərbaycan nefti 74,75 dollara ticarət edilib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.