Bayramov “3+3” formatında görüşdə iştirak üçün Türkiyəyə getdi
17 oktyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.