Azərbaycandan Türkiyəyə gedən avtobusda yanğın - 50

Avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib
Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib. APA-nın məlumatına əsasən, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil