Azərbaycan milli komandasında çıxış etmiş futbolçu Dəniz Yılmazın yeni klubu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Almaniya doğumlu türk futbolçu “Bursaspor”dan “Gənclərbirliyi” klubuna transfer olunub. 30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb.
Qeyd edək ki, Super Liqada çıxış edən “Gənclərbirliyi” 17 turdan sonra 14 xalla XVII pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti rəsmi oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz “Bursaspor”a qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəlib.