Rus generalın ölümünə görə iki nəfər TUTULDU
Rusiya ordusunun radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun öldürülməsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə “Kommersant” qəzeti yazıb.
Bilirilir ki, şübhəlilər cinayət yerindən izlənilib, burada müşahidə kameraları bir neçə şübhəli avtomobili qeydə alıb.
Nəşr yazır ki, təşkilatçılar messencerlər vasitəsilə həmin şəxslərlə əlaqə saxlayıb.
General-leytenant İqor Kirillov və köməkçisi dekabrın 17-də Moskvanın Ryazanski prospektində evin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olublar. Terror aktı, adam öldürmə, qanunsuz silah və sursat alveri ilə bağlı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, partlayıcı elektrik skuterinin dəstəyinə bərkidilib.