Cari tədris ilində tələbə qəbulu planı artırılıb
Cari tədris ilində tələbə qəbulu planı artırılıb, ali təhsil pilləsi üzrə 80 154 yer planlaşdırılıb və 74 000 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib. Əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişinin təkmilləşdirilməsi məqsədilə dövlət sifarişli yerlərin sayı artırılıb və 36 140 yerə çatdırılıb.