Los-Ancelesdə baş verən yanğınlarda 10 nəfər həlak olub
Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.
Bu barədə məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib.
"Həlak olanların kimliyinin müəyyənləşdirilməsi prosesi bir neçə həftə çəkə bilər, çünki məhkəmə-tibbi ekspertiza departamenti yanğın şəraiti və təhlükəsizlik səbəbləri ilə əlaqədar müəyyən ərazilərə girişi əldə edə bilmir", - qurumun məlumatında vurğulanıb.
Los-Anceles dairəsinin şerifi Robert Luna xəbərdarlıq edib ki, yanğınlar davam etdiyi üçün nə qədər insanın həlak ola biləcəyi hələ məlum deyil:
“Ölümlərin araşdırılması üzrə qruplar bu ərazilərə daxil ola bilməyənə qədər həlak olanların dəqiq sayı məlum olmayacaq”