Samir Şərifov nazir postundan azad edildi - Sərəncam

Samir Şərifov nazir postundan azad edildi - Sərəncam

Samir Rauf oğlu Şərifov maliyyə naziri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Samir Şərifov Baş nazirin müavini təyin edilib.

Qeyd edək ki, 64 yaşlı S.Şərifov 2006-cı ildən bəri maliyyə naziri vəzifəsini icra edirdi.