Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq - Hakan Fidan

Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq - Hakan Fidan

Azərbaycanla Türkiyə arasında enerji istiqamətində əməkdaşlıq davam edəcək.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Əsas hədəfimiz Qars-Naxçıvan dəmiryolu layihəsini ən qısa zamanda həyata keçirməkdir”, - deyə nazir vurğulayıb.

Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən nazir qeyd edib:

“Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.